İştirak Evində Sabahın Vəkilləri İctimai Birliyi tərəfindən 20 oktyabrda təşkil edilən “Legal söhbətlər” silsilə tədbirlərinin “Cinayət işlərində müdafiə taktikası” başlıqlı müzakirəsi keçirilib.
Tədbirin spikeri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Fariz Namazlı olub.
Müzakirə ərzində sözügedən mövzu haqqında qanunvericilikdəki boşluqlar, real iş nümunələri, hüquqların müdafiəsi zamanı üzləşilən problemlər haqqında danışılıb.

