İştirak Evində ILRA – Əmək Hüquqlarının Müdafiəsi İnstitutunun və EOS Academy-nin birgə təşkilatçılığı ilə 3 aprel tarixində “Azərbaycanda Həmkarlar İttifaqlarının fəaliyyəti effektivdirmi?” mövzusunda ictimai müzakirə təşkil olunub.
Müzakirədə çıxışçı qismində BDU-nun professoru, Sosial Hüquqların Araşdırılması İB-nin sədri, vəkil Mayis Əliyev, iqtisadçı Toğrul Vəliyev və Əmək Hüquqlarının Müdafiəsi İnstitutunun baş hüquqşünası Pərvanə Məmmədli iştirak ediblər.


