Site icon Participation House

Parlament Məktəbi proqramı çərçivəsində 11 iyun tarixində B qrupu ilə ilk təlimi keçirilib

Parlament Məktəbi proqramı çərçivəsində 11 iyun tarixində B qrupu ilə ilk təlimi keçirdik. Təlimdə hüquqşünas Səməd Rəhimli “Seçki hüququ-dünya praktikası“ mövzusunda çıxış etdi.

Qeyd edək ki, Parlament Məktəbi proqramına 300-ə yaxın gənc müraciət etmiş, müsahibələrdən sonra 60 nəfər proqrama seçilmişdir. Proqram sillabusu hər biri 30 nəfərdən ibarət iki qrupa (A və B ) tədris olunur.

Proqram çərçivəsində ümumilikdə hər qrup üzrə 5 seminar nəzərdə tutulub. Həmçinin iştirakçılar iyul ayı ərzində Parlament Debatları üzrə təlimlərə, ardınca isə PD turnirinə cəlb olunacaqlar. Avqust ayı ərzində isə məqalə yazılması təlimləri keçiriləcək, daha sonra seçilmiş tələbələr tərəfindən məqalələr yazılacaq, həmin məqalələr saytda dərc olunacaq.

Paylaşımdakı fotolar B qrupuna məxsusdur.

Exit mobile version