Parlament Məktəbi proqramı çərçivəsində 10 iyun tarixində A qrupu ilə ilk seminarımız baş tutub. Seminarda təcrübəli hüquqşünas Səməd Rəhimli “Seçki hüququ-dünya praktikası“ mövzusunda çıxış edib.
Qeyd edək ki, Parlament Məktəbi proqramına 300-ə yaxın gənc tərəfindən müraciət olunmuş, müsahibələrdən sonra 60 nəfər proqrama seçilmişdir. Proqram sillabusu 30 nəfərdən ibarət iki qrupa (A və B ) tədris olunur.
Belə ki, proqram çərçivəsində ümumilikdə hər qrup üzrə 5 seminar baş tutacaq. Həmçinin iştirakçılar iyul ayı ərzində Parlament Debatları üzrə təlimlərə, ardınca isə PD turnirinə cəlb olunacaqlar. Avqust ayı ərzində isə məqalə yazılması təlimləri keçiriləcək, daha sonra seçilmiş tələbələr tərəfindən məqalələr yazılacaq, həmin məqalələr saytda dərc olunacaq.
Paylaşımdakı fotolar A qrupuna məxsusdur.
