Site icon Participation House

Ecodemy və Könüllü Gənclər Birliyi-nin birgə təşkilatçılığı və İsveçrə İnkişafının dəstəyi ilə “İncəsənət Vasitəsilə Təkrar Emal Haqqında Məlumatlılığın Artırılması” layihəsi keçirilib

6-7-8-9 may tarixlərində İştirak Evində Ecodemy və Könüllü Gənclər Birliyi-nin birgə təşkilatçılığı və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə “İncəsənət Vasitəsilə Təkrar Emal Haqqında Məlumatlılığın Artırılması” layihəsinin Bakıda təlim sessiyaları həyata keçirilib.

Təlimlərin I günündə iştirakçılara layihənin məqsəd və hədəfləri, ilkin tanışlıq, komanda qurulması mövzusunda İlkin Əliyev tərəfindən təlim sessiyası keçirilib. Günün II yarısında isə Minayə Ələkbərli “Ətraf-mühit və ekoloji problemlər” mövzusunda çıxış edib, iştirakçılarla müzakirə aparılıb.

Təlimlərin II günündə iştirakçılara “Dayanıqlı İnkişaf Məqsədləri- Təkrar istifadə və təkrar emal” mövzusunda Minayə Ələkbərli tərəfindən təlim sessiyası keçirilib. Günün II yarısında isə Minayə Ələkbərli “Yenidən istifadəyə yararlı məhsulların yenidən istifadə qaydaları və mümkün nümunələr” mövzusunda çıxış edib, iştirakçılarla müzakirə və qrup işləri aparılıb.

Exit mobile version