EOS Academy sizi “School of Economics” layihəsi çərçivəsində “Sosial Sahibkarlıq: Biznes və Məsuliyyət” mövzusunda baş tutacaq seminar-müzakirəyə dəvət edir.
Vaxt: 15 aprel, 12:00
Məkan: İştirak Evi
Ünvan: Şamil Əzizbəyov 140, Jalə Plaza, 5-ci mərtəbə
Sara Rəcəbli – Sosial Sahibkar
“School of Economics” layihəsinin əsas məqsədi gənclərin iqtisadiyyat sahəsində biliklərini inkişaf etdirmək və onlarda real iqtisadi hadisələri təhlil etmə qabiliyyəti formalaşmaqdır. Bu layihə Azərbaycanda inklüziv sosial-iqtisadi inkişafa töhfə vermək məqsədilə yerli iqtisadi və sosial mövzularda tədqiqatları və ictimai müzakirləri təşviq edir.
